Yəməndə Husi Ali Siyasi Şurasının sədri Saleh əl Səməd öldürülüb.
Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, Yəməndə Husilərin nəzarəti altındakı mətbuat orqanı Husilərin siyasi lideri və Ali Siyasi Şura rəhbəri Saleh əl-Səmədin Səudiyyə Ərəbistanı tərəfindən təşkil olunan hava hücumunda öldürüldüyünü açıqlayıb.
Sui-qəsdin ardından Yəmən Ali Siyasi Şurası bəyanat yayıb.
Bəyanatda "Bu sui-qəsdin sarsıdıcı və ağrılı qarşılığı olacaq" sözləri yer alıb.
Aysel Yaqubqızı / Metbuat.az