Adanada yaşayan Sevgi S. bir il əvvəl bir yemək şirkətində sürücü olaraq işləyən Emrah S. ilə evlənib.

Metbuat.az-ın verdiyi məlumata görə, Balıkesirin Bandırma bölgəsinə gəlin gedən Sevgi S. bir müddət əvvəl həyat yoldaşı ilə mübahisə edib, Adanaya qayıdıb.

Bu zaman “Ana yarısı” olaraq bilinən xalasından heç gözləmədiyi bir hərəkət ilə qarşılaşıb. İki dəfə evli olmuş və iki uşaq anası olan xalası Gülsüm Ç. bacısı qızının həyat yoldaşı ilə qaçıb. Sosial şəbəkədə həyat yoldaşıyla xalasının birlikdə fotosunu görən Sevgi S. şok olub. Xalasına və həyat yoldaşına zəng edən gənc qadın “Biz xoşbəxtik. Sən öz halına yan” cavabını alıb.

Son zamanlarda həyat yoldaşının hərəkətlərində qəribəlik olduğunu deyən Sevgi S. onları cəzalandırmaq üçün boşanmayacağını bildirib. Sevgi S-nin anası isə bacısının evlilik bəhanəsiylə bir neçə adamı aldatdığını deyib.

https://metbuat.az/news/938610/meshur-ulduz-etiraf...