Günümüzdə ən çox yayılmış sosial şəbəkə vasitələrindən biri də “İnstagram”dır. Həm məşhurlar, həm də adi insanlar fotolarını bu media vasitəsilə paylaşır.
Metbuat.az bildirir ki, bir çox insan fotolarını yayımlamazdan əvvəl filtrləyib, bir çox proqramlardan istifadə edərək qüsursuz hala gətirirlər.
Bunlardan biri də ingilis tv ulduzu Lauren Goodgerdir. 31 yaşındakı Goodger “İnstagram”paylaşımlarının üzərində işləyərək “özünü incəltdiyi” iddialarını əvvəlcə yalanlayıb, daha sonra etiraf edib.
Goodger köşə yazıçısı olduğu qəzetdə onu günahlandıranlara “Kardaşianlar belə öz fotolarının üzərində işləyir” yazaraq cavab verib.



