Türkiyənin Adıyaman şəhərinin Samsat rayonunda 5.3 bal gücündə zəlzələ olub.

Metbuat.az xəbər verir ki, yeraltı təkanların episentri Samsat rayonunda, ocağı isə yerin 7 kilometr dərinliyində yerləşib.

Zəlzələ nəticəsində 13 nəfər yaralanıb.

Aysel Yaqubqızı / Metbuat.az