Pivə terroru: 52 nəfər öldü

Pivə terroru: 52 nəfər öldü
03:16 12 Yanvar 2015
230 Dünya
Ölkə mətbuatı
A- A+

Mozambikdə cənazə mərasimində pivə içən 52 nəfər dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, hadisə səbəbindən 51 nəfər xəstəxanaya çatdırılıb, daha 146 nəfər isə ambulator müayinə üçün həkimə müraciət edib.

Səhiyyə rəsmiləri zəhərlənmənin pivəyə qarışdırılmış timsah ödü səbəbindən baş verdiyini güman edir.

Artıq xəstələrdən götürülmüş qan və pivə nümunələri araşdırılmaq üçün paytaxt Maputuya göndərilib.

Pivəni hazırlayan qadının da zəhərlənmə nəticəsində dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR