Saç tökülməsindən şikayəti olanlar itirilmiş saçlarını müxtəlif yollarla bərpa edə bilərlər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bunlardan biri də müxtəlif yağlardan istifadə yolu ilə dolğun və parlaq saçlara sahib olmaqdır.
Nanə yağı - xoş ətri ilə yanaşı, saçları çoxaldır və dəridəki quruluğu aradan qaldırır.
Arqan yağı - parıltılı, dolğun saçların sahibi ola bilərsiniz.
Jojoba yağı - saçların qırılmasının qarşısını alır, onları uzadır, baş dərisini yumşaldır.
Fındıq yağı - kəpəyə qarşı ən effektiv vasitədir. Tərkibindəki B1, B2 və B6 vitaminləri saçlarla yanaşı, dərini də nəmləndirir.
Bənövşə yağı - saçların tökülməsi əleyhinə inanılmaz vasitədir. Hər saç yuyulmasından sonra saçlarınızı bu yağla yaxalayın. Saçları parıldadır, xoş ətir yayır.
Xaşxaş yağı - Tökülən saçları bərpa edir, onları uzadır və kəpəyi aradan qaldırır.
Milli.Az