Sivasın Yıldızeli bölgəsində Kalın kəndinin içində Kalın yarğanında yerləşən qayalıqlarda yerləşən və xəzinə ovçularının viran etdiyi 8 min illik “qaya məzarları” kəşf edilməyi gözləyir.
Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə,“Kandil sırtı” olaraq adlandırılan təbii təpə çıxıntısının üzərində bir çox arxeoloji əsərlər və təbii gözəlliklər yerləşir.
Sivas Qoruma Quruluşu tərəfindən birinci dərəcəli abidə məkanı elan edilən ərazi Təbii və Mədəni Varlıqları Qoruma Quruluşu tərəfindən də 2002-ci ildə dövlət qeydiyyatına alınıb.
Bölgə haqında məlumat verən Kalın kəndinin muxtarı Beşir Koç bölgənin turizm potensialı yüksək bir yer olduğunu deyib.


