Avropanın ən yaxşı 100 universiteti - SİYAHI

Avropanın ən yaxşı 100 universiteti - SİYAHI
15:09 25 Aprel 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

Avropanın innovativ və yüksək texnoloji üstünlüyü, tədris keyfiyyəti ilə seçilən 100 universitetinin siyahısı açıqlanıb.

 

Lent.az Reuters-ə istinadən bildirir ki, nüfuzlu “Clarivate Analytics” Reytinq Təşkilatının hazırladığı siyahının  ilk pilləsində Belçikanın KU Leuven universiteti qərarlaşıb. Adıçəkilən təhsil ocağı hüquq dərslərini innovative əsaslarla tam şəkildə təchiz etdiyinə görə birinciliyi qazanıb. Universitetin humanitar sahədə inqilab etdiyi və Avropanın hüquq sahəsində tam təkmilləşmiş təhsil ocağı olması vurğulanıb.

 

İkinci yerdə Londonun İmerial Colleci qərarlaşıb. Adı kollec olsa da, 1547-ci ildən universitet statusu alan ali təhsil ocağı kimya, fizika və astronomiya sahəsində ilk pillədə olması onu ümumi reytinqdə ikinciliyə daşıyıb. Ən müasir laboratoriyalara və avadanlıqlara sahib “İmperial College”də təkcə 2017-ci ildə 134 elmi kəşf qeydə alınıb ki, bunun da 98-i tələbələrə məxsusdur.

 

İlk üçlüyü İngiltərəni təmsil edən Kembric Universiteti tamamlayıb. Adıçəkilən təhsil ocağı 2017-ci ildə təhsilə ən çox investisiya yatıran universitet kimi ilk yüzlüyün üçüncüsü olmağı bacarıb.

 

İlk onluğu İsveçrənin “Swiss Federal Institute of Technology Zurich” universiteti tamamlayıb. Federal Texnologiya universiteti texnoloji sahədə öz avadanlıqlarını tələbələrinin kəşfləri əsasında formalaşdırdığı üçün onluğa daxil edilib.

 

İlk yüzlüyü isə İspaniyanın Valensiya Universiteti tamamlayır. Adıçəkilən ali məktəb kinomatoqrafiya sahəsində müasir avadanlıqlarla təchizatını ən müasir tələblərə uyğun qurduğu üçün 100-lüyə daxil edilib.

 

Qeyd edək ki, bir il əvvəl Türkiyə təmsilçisi Orta Doğu Texniki Universiteti “Clarivate Analytics”-in təşkil etdiyi reytinq cədvəlində ilk yüzlüyə düşmüşdür. Bu il isə siyahıda bu universitetə rast gəlmədik.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR