2008-ci ildə Sudanın şimalındakı Nübye Çölünə göydən almaz kristalları yağmışdı.

Metbuat.az bildirir ki, isveçrəli elm adamları bu kristallar üzərində apardıqları araşdırmaları bitirib.

İsveçrədəki Lozanna Federal Texniki Universitetinin tədqiqatçıları bu növ kristalların yaranması üçün ən azı 20 gigapaskal (GPA) böyüklükdə bir təzyiqə ehtiyac olduğunu, bunun da ancaq Merkuri və ya Mars böyüklüyündə bir planetin mərkəzində əmələ gəldiyini təyin edib.

Tədqiqatçılar kristallara dair tapıntıların Günəş sisteminin ilkin əmələ gəlmə mərhələsində nəhəng önplanetlərin toqquşmaları və qarşılıqlı təsirləri yarandığına dair nəzəriyyələri təsdiq edən ilk inandırıcı sübut olduğunu vurğulayıb. Bu planetlərin zaman keçdikcə bir-birilərinə və ya Günəşə çarparaq parçalandığı, artıq qalan parçaların da böyük hissəsinin Günəş sistemindən kənara çıxaraq yox olduğu ehtimal edilir.

https://metbuat.az/news/939855/diqqet-facebook-hes...