Son olaraq Cambridge Analtica adlı şirkətin 87 milyon “Facebook” istifadəçisinin məlumatlarını ələ keçirdiyi məlum olmuşdu. Şirkətin qurucusu və CEOsu mövzuyla bağlı ABŞ senatına ifadə vermişdi.

Metbuat.az bildirir ki, bəzi məlumatları hesabınızdan silməklə hesabınızın etibarlılığını qorumaq mümkündür.

Doğum tarixi məlumatları- doğum gününüz də eynilə adınız, soyadınız və ünvanınız kimi fırıldaqçıların sizin bank məlumatlarınıza çatmaq üçün istifadə edə biləcəyi detallardan biridir.

Telefon nömrəniz- ən yaxşı ehtimalla gizli bir heyranınız sizin razılığınız olmadan sizinlə əlaqə saxlaya bilər.

Dost siyahınızdakı bəzi dostlarınız- Oksford Universitetinin psixologiya bölümünün professorlarından Robin Dunbar bir insanın 150 şəxslə ardıcıl münasibət yaşaya biləcəyini deyib. 3 min 375 "Facebook" istifadəçisinin dost siyahısını gözdən keçirən Dunbar bu dostların sadəcə 4.1-nin etibarlı olduğunu bildirib. Bu tip faydasız insanları dost siyahınızdan çıxarmaqla daha sağlam sosial şəbəkə münasibətiniz ola bilər.

Fotolardaki məkan məlumatları-evdəki bir fotonuzun məkan məlumatını verməklə ev ünvanınızı ifşa etmiş olursunuz.

Nə zaman və haraya tətilə gedəcəyiniz- Sosial şəbəkə hesablarından tətil planları ilə bağlı məlumatlatlar paylaşıldıqda həmin şəxslərin sığortadan ödəmə almayacaqları bildirilib.

Kredit kartı məlumatlarınız- əgər kredit kartı məlumatlarınız qeydlidirsə, hesabınız oğurlandıqda çətin vəziyyətlə qarşı-qarşıya qala bilərsiniz.

https://metbuat.az/news/939721/dubay-ehalisinin-de...