ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısında naməlum şəxs özünü yandırmağa cəhd göstərib.

Milli.Az report-a istinadən xəbər verir ki, İstanbulun Sarıyeri rayon polisi və xüsusi təyinatlı dəstənin əməkdaşları adı açıqlanmayan şəxsin özünü yandırmasının qarşısını alıblar.

"Fətullah Güləni gətirsinlər (ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının başçısı Fətullah Güləni nəzərdə tutur). Mənim qardaşım Ogün həbsxanasındadır. Özümü yandıracağam", - həmin adam qışqırıb.

Milli.Az