Motosiklet “VAZ"-la toqquşdu: 2 yaralı

Motosiklet “VAZ"-la toqquşdu: 2 yaralı
01:14 27 Aprel 2018
89 Digər
Ölkə mətbuatı
A- A+

Oğuzda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə aprelin 26-sı axşam saatlarında rayonun Yemişanlı kəndində baş verib.  Rayonun Padar kənd sakini, 1964-cü il təvəllüdlü Nasim Kamil oğlu Səmədovun idarə etdiyi qoşqulu motosiklet hələ ki şəxsiyyəti məlum olmayan  sürücünün idarə etdiyi “VAZ 21074” markalı 10 SL 827 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəzadan sonra VAZ 21074 markalı avtomobilin sürücüsü xəsarət almasa da, motosikletin sürücüsü Nasim Səmədov Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Oğuz MRX-dan APA-ya verilən məlumata görə, Nasim Səmədova lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicə edilmək üçün Şəki MRX-a göndərilib.

 

Şəki MRX-dan APA-ya verilən məlumata görə, Nasim Səmədova xayaların cırılması dioqnozu qoyulub, hazırda onun üzərində cərrahiyə əməliyyatı aparılır.

 

Faktla bağlı Oğuz rayon polis Şöbəsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR