Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə

Türkiyədə şagirdlər arasında kütləvi zəhərlənmə
06:19 27 Aprel 2018
87 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Dənizli vilayətinin Çivril rayonunda orta məktəblərin birində 80 şagird və məktəb yeməkxanasının işçiləri kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
 
AZƏRTAC xəbər verir ki, ilkin ehtimala görə, kütləvi zəhərlənmə yeməkdən sonra qeydə alınıb. Şagirdlər arasında vəziyyəti ağır olan yoxdur. Onların müalicəsi davam etdirilir. Yeməkxanada istifadə edilən qidalardan nümunələr götürülərək analiz üçün laboratoriyaya göndərilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR