Şanlıurfanın Siverek bölgəsinin əhalisi çəyirtkələrin hücumuna məruz qalıb.
Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, bölgəyə 45 kilometr uzaqlıqda yerləşən Ortaköy məhəlləsinin sakinləri çəyirtkələrin əkilmiş tarlalara çatmaması üçün tarlanın başında növbə tutaraq yaxınlaşan çəyirtkələrin istiqamətini dəyişdirirlər.
Bir həftədir çəyirtkə sürüləri ilə mübarizə aparan məhəllə sakinlərindən Remzi Arpacık belə bir hadisənin bu məhəllədə ilk dəfə baş verdiyini deyib. Sakinlər problemin həll olunması üçün vəzfəlilərə müraciət ediblər.
Siverek Kənd təsərrüfatı və Heyvandarlıq müdürlüyü də məhəlləyə baxıldığını və həmən ərazinin dərmanlanacağını bildirib.

