Antalyada həbsxanadan qaçan Sedat Uluışık adlı adam həyat yoldaşı 27 yaşlı Sultan Uluışık və onunla birlikdə tutduğunu iddia etdiyi 60 yaşlı Mehmet Sabir Öztoprakı öldürüb.
Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ilk məhkəmədə “həyat yoldaşımı çox sevirdim, öldürmək fikrim yox idi” deyib.
Keçən il 4 dekabr tarixində yaşadıqları gecəqonduda baş verən hadisədə Sedat Uluışık 2 uşaq anası olan həyat yoldaşına dəfələrlə şiddət tətbiq etdiyi üçün ilk məhkəməsində həbs olunmuşdu.
Sultan Uluışık son hadisədən sonra anası ilə birlikdə yaşayırdı. Sedat Uluışık isə Dalaman həbsxanasına göndərilmişdi.