"Tottenhem" yayda bir neçə futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "mahmızlar" 4 oyunçunun nt əldə etməyi nəzərdə tutub. Bunlar Tobi alderveyreld, Viktor Vanyama, Musa Dembele və Deni Rouzdur.
2012-ci ildən "Tottenhem" formasını geyən Dembele yeni müqavilə imzalamaqda tərəddüd edir. Belçikalı yarımmüdafiəçinin cari anlaşması 2019-cu ilin yayında başa çatacaq. Klub ona 20 milyon funt qiymət qoyub. Digər 3 futbolçunun hərəsi 50 milyon funt dəyərləndirilir.
London klubu bu transferlərdən əldə olunacaq gəlirlə heyəti yeniləmək və növbəti mövsümdən sırf titul mübarizə aparmağı hədəfləyir. Qeyd edək ki, komandanın baş məşqçisi Maurisio Poçettinoya da Avropanın bir sıra aparıcı klublarından maraq var.
Milli.Az