Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlamentdə jurnalistlərlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Ermənistan müxalifəti Paşinyanın baş nazir postuna namizədliyi məsələsində razılığa gəlib. Suriyada Bəşər Əsədə sadiq hərbçilər və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi baza raket atəşinə tutulub. Ukrayna prezidenti Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan edib. ABŞ prezidenti KXDR-in lideri Kim Çen Inla Şimali Koreya ilə Cənubi Koreya arasındakı Sülh Evində görüşmək istədiyini açıqlayıb.

Ötən həftə ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mayk Pompeonu dövlət katibi postuna təsdiq edib. Pompeo ABŞ-ın xarici siyasətindən məsul şəxs kimi ilk açıqlamalarında İranı və Rusiyanı hədəfə aldı. M.Pompeo Brüsseldə NATO ölkələrinin XİN rəhbərləri ilə görüşdə “Moskva Minsk razılaşmaları (Ukrayna böhranı ilə bağlı - red.) üzrə öz öhdəliklərini yerinə yetirmədiyi müddətdə, Şimal Alyansı Rusiya ilə münasibətlər qurmağa hazırlaşmır” deyə bildirdi.

Rusiya Elmlər Akademiyasının təhlükəsizlik problemlərinin tədqiqatı Mərkəzinin eksperti Konstantin Bloxin Pompeonun bu açıqlamasının ciddi siqnallardan xəbər verdiyini deyib.

Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə Rusiyaya qarşı yeni fiziki addımlar ata bilər.

Azərbaycana qarşı PLAN, “Əsrin razılaşması”nın ŞOK DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ruslar ABŞ kəşfiyyatının PLANINI AÇDI: Qarabağda...