ABŞ-da C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə vaxtı təyyarənin göyərtəsində Puerto-Rikonun Milli Qvardiyasının zabitləri olub. Onlar istefaya çıxmaq üçün Arizonaya gəlirmiş. Bu, həm də 60 il istismar edilən təyyarənin son uçuşu olmalı idi. Lakin təyyarə beynəlxalq hava limanından qalxdıqdan dərhal sonra yanmağa başlayıb və avtomagistrala düşüb. Polis nümayəndəsi həmin vaxt yolda heç bir avtomobilin olmamasını möcüzə adlandırıb. Puerto-Rikonun Milli Qvardiyasının nümayəndəsi, mayor Pol Dalen qeyd edib ki, C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi köhnə olmasına baxmayaraq, yaxşı vəziyyətdə olub. C-130 ("Hercules") təkcə ABŞ-ın deyil, bir çox ölkələrin Hərbi Hava Qüvvələrində əsas taktiki nəqliyyat vasitəsidir.
07:00
ABŞ-da "C-130" hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bəticəsində ən azı 5 nəfər ölüb. Ehtimal olunu ki, təyyarədə 9 nəfər olub.
ABŞ Hava Milli Qvardiyasının təyyarəsi havaya qalxdıqdan dərhal sonra alışıb və yerə düşüb. Təyyarə təlim uçuşu həyata keçirirdi. Hadisənin səbəbləri məlum deyil.
Milli.Az