Koreya Xalq Demokratik Respublikası saatları 30 dəqiqə qabağa çəkməklə Cənubi Koreya ilə saat fərqini aradan qaldırıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rəsmi Pxenyan bəyanat yayıb. Qeyd edək ki, saat fərqinin aradan qaldırılması barədə razılaşma iki ölkə lideri Kim Çen In və Mun Çje İn arasında baş tutan görüş zamanı əldə edilib.

Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında baş tutacaq görüşün yeri və zamanı təyin edilib. Bu barədə məlumat verən "Ağ ev" rəhbəri detalları açıqlamayıb.

Sübhan / METBUAT.az