ABŞ kəşfiyyatının QARABAĞ PLANI, müharibəyə aparacaq ÜÇ FAKTOR... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
·170 baxış·19 dəq oxu
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
yerləşdirilən erməni hərbi birləşmələri hazır vəziyyətə gətirilib.
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Ermənistanın hakim
Respublika Partiyası parlamentdə baş nazir seçkilərində müxalifət
lideri Nikol Paşinyanın namizədliyə qarşı səs verib. Suriyada Bəşər
Əsədə sadiq hərbçilər və İran İnqilab Keşikçiləri Qvardiyası
silahlılarının yerləşdiyi hərbi baza raket atəşinə tutulub. Ukrayna
prezidenti Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması
haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına
keçidi elan edib. ABŞ prezidenti Donald Trampla KXDR-in lideri Kim
Çen Inın görüşünün yeri və vaxtı məlum olub. İsrailin baş naziri
Benyamin Netanyahu İranın nüvə proqramına dair yeni kəşfiyyat
məlumatları açıqlaması gündəmdə bomba effekti yaratdı. Knesset baş
nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın
müharibə elan etməsinə icazə verən qanunu təsdiqləyib. ABŞ-ın
Nyu-York məhkəməsi İranın 11 sentyabr 2011-ci il terror aktının
qurbanlarının qohumlarına milyardlarla dollar ödəməsi barədə qərar
çıxarıb.
Azərbaycan, Dağlıq Qarabağ
Ötən həftə ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin
(CİA) şefi Mayk Pompeonu dövlət katibi postuna təsdiq edib. Pompeo
ABŞ-ın xarici siyasətindən məsul şəxs kimi ilk açıqlamalarında
İranı və Rusiyanı hədəfə aldı. M.Pompeo Brüsseldə
NATO ölkələrinin XİN rəhbərləri ilə görüşdə “Moskva Minsk
razılaşmaları (Ukrayna böhranı ilə bağlı - red.) üzrə öz
öhdəliklərini yerinə yetirmədiyi müddətdə, Şimal Alyansı Rusiya ilə
münasibətlər qurmağa hazırlaşmır” deyə bildirdi.
Rusiya Elmlər Akademiyasının təhlükəsizlik problemlərinin
tədqiqatı Mərkəzinin eksperti Konstantin Bloxin Pompeonun bu
açıqlamasının ciddi siqnallardan xəbər verdiyini deyib.
Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə Rusiyaya qarşı yeni
fiziki addımlar ata bilər.
Ruslar ABŞ kəşfiyyatının PLANINI AÇDI: Qarabağda...
“Dağlıq Qarabağ münaqişəsində vəziyyət artıq
dəyişdi. Hətta Ermənistanın baş naziri Paşinyan yox, bir başqası
olsa belə, bundan sonra yeni hökumət üçün güzəştə getmək daha
çətindir. Bu isə münaqişə zonasında müharibə riskini
artırır”. Bu barədə erməni politoloq Riçard
Kirakosyan deyib.
Erməni politoloq bundan sonra münaqişədə Ermənistanın
vəziyyətinin daha çətin olacağını qeyd edib.
“Azərbaycanın əraziləri qaytarmaq üçün hərbi varianta əl atması
ehtimalı güclənir. Birincisi, güzəştlər olmayacaqsa, Azərbaycan
məsələnin uzanmasına imkan verməyəcək. İkincisi, Ermənistanda
qeyri-stabil vəziyyət Bakının əlini gücləndirir. Üçüncüsü, “aprel
müharibəsi”ndən iki il keçməsinə baxmayaraq, münaqişənin danışıqlar
yolu ilə həllində irəliləyişlər yoxdur. Bu üç faktor Azərbaycanın
hərəkətə keçməsinə zəmin yaradır”, - deyə o bildirib.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
yerləşdirilən erməni hərbi birləşmələri hazır vəziyyətə
gətirilib. İşğal olunmuş torpaqlarda yaradılan
qondarma DQR-in “prezidenti” Bako Saakyan separatçı rejimin
“müdafiə nazirliyi”ndə müşavirə keçirib.
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
yaradılan qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə
naziri” Levon Mnasakyan təmas xəttindəki postlara
gəlib. Qondarma rejimin “rəhbərliyi” müdafiə xəttinin
gücləndirilməsi tapşırığını verib.
Beynəlxalq Böhran Qrupu Ermənistanda daxili
vəziyyəti qiymətləndirərək, Dağlıq Qarabağda eskalasiyanın baş
verməsi ehtimalını irəli sürüb. Qrupun Avropa və
Mərkəzi Asiya proqramlarının direktoru Maqdalena Qronu üç təhlükəli
ssenarini irəli sürüb.
BİRİNCİ SSENARİ: Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ
bölgəsinə yerləşdirilən erməni hərbi birləşmələri İrəvanın siyasi
rəhbərliyi və qondarma rejimin hərbi komandirlərinin təşəbbüsü ilə
Azərbaycan Ordusuna hücum edə bilər.
İKİNCİ SSENARİ: Azərbaycan tərəfi Ermənistanda yaranmış siyasi
vəziyyətdən istifadə edərək, ərazilərin azad olunması üçün hərəkətə
keçə bilər.
ÜÇÜNCÜ SSENARİ: vəziyyət nəzarətdən çıxa və genişmiqyaslı
toqquşmalar başlaya bilər.
Ermənistan
Ermənistan parlamentinin lideri Nikol Paşinyan
parlamentdə jurnalistlərlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin
həllindən danışıb. “Bu halda effektiv danışıqları
aparmaq mümkün deyil”, - deyən Paşinyan Bakının İrəvanın
Azərbaycanın tarixi torpaqları olması barədə bəyanatları
xatırladıb.
Paşinyanın Azərbaycana qarşı ŞOK PLANI ÜZƏ ÇIXDI: “Bakını məcbur etmək lazımdır ki…” - VİDEO
Aprelin 30-da ABŞ dövlət katibinin Avropa və
Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel Ermənistan xarici
işlər naziri Edvard Nalbandyana zəng edib. Telefon
söhbətində tərəflər İrəvandakı vəziyyəti müzakirə ediblər.
Müzakirələrdə Ermənistandakı daxili siyasi vəziyyətin
konstitusiyaya uyğun tənzimlənməsinin vacibliyi qeyd olunub.
Diplomatlar həmçinin, Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə
ediblər. Tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərini bəyanatı
əsasında təmas xəttində gərginliyin azaldılmasının vacibliyini
təsdiqləyiblər.
Mayın 1-də Ermənistanda baş nazirin seçilməsi üçün
parlamentin xüsusi iclası keçirilib. “Xalqın namizədi” adlandırılan
Nikol Paşinyan baş nazir seçilmək üçün lazım olan 53 səsi toplaya
bilməyib.
Paşinyan Ermənistanın baş naziri seçilə bilmədi (YENİLƏNDİ) - VİDEO
“Ermənistan hakimiyyət dəyişikliyindən sonra
Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının üzvü qalacaq. Bu, ümumxalq hərəkarın məntiqinə
söykənir”. Bunu Ermənistan müxalifətinin lideri,
“Yelk” parlament fraksiyasının başçısı Nikol Paşinyan parlamentdə
baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı
bildirib.
“Xalq daxili həyatda və ictimai-iqtisadi siyasətdə dəyişikliklər
tələb edir. Xalq xarici siyasət dəyişikliklərini tələb etmir”, -
baş nazir postuna yeganə namizəd deyib.
O qeyd edib ki, Rusiya Ermənistanın strateji müttəfiqi olaraq
qalır. Bundan başqa, müxalifətçinin sözlərinə görə, ölkə İran,
Avropa İttifaqı ölkələri və ABŞ-la əməkdaşlığı davam etdirəcək.
“Heç bir şübhə yoxdur ki, milyonlarla erməni
Ermənistana qayıdacaq və milyardlarla investisiya
gətirəcək”. Bunu Ermənistan müxalifətinin lideri,
“Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə
namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə
keçirilən iclasda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu, Ermənistanın təhlükəsizlik səviyyəsini
və müdafiə qabiliyyətini yüksəldəcək. Baş nazir postuna namizəd
qeyd edib ki, bu həm də Dağlıq Qarabağ münaqişəsinin “ermənilərin
xeyrinə” həlli üçün ilkin şərtləri yaradacaq.
Paşinyandan Qarabağla bağlı AĞLASIĞMAZ AÇIQLAMA: "Zəmanət verirəm ki, sabahdan..."
“Ermənistan hərbi xərclərin artımına ehtiyac
duyur”. Bunu Ermənistan müxalifətinin lideri, “Yelk”
parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd
Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən
xüsusi iclasda çıxışı zamanı bildirib.
“Ermənistanda hərbi xərclər regiondakı vəziyyətlə adekvat
olmalıdır. Hesab edirəm ki, indi Ermənistan hərbi xərclərin
artımına ehtiyac duyur və biz bunu büdcə daxilolmaların artması ilə
paralel edə biləcəyik”, - Paşinyan deyib.
Mayın 2-də səhər saatlarından Ermənistanın paytaxtı
İrəvanda etirazlar yenidən başladı. Aksiyanın
rəhbəri, müxalifət lideri Nikol Paşinyan aksiyaçıları respublika
üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla,
Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.
Nikol Paşinyanın çağırışı ilə küçələrə axışan etirazçılar
paytaxtdan "Zvartnos" hava limanına gedən avtomobil yolunu
bağlayıb. Həmçinin paytaxt istiqamətinə gedən digər alternativ
yollar da etirazçılar tərəfindən bağlanıb.
Hava limanına gedən yolun açılması üçün əraziyə polis qüvvələri
cəlb edilib.
Qanlı döyüşlərə QAPI AÇILDI - İşğalçı rejim kapitulyasiyanın BİR ADDIMLIĞINDA - CANLI YAYIM (YENİLƏNİR)
“Ermənistanda vəziyyət böyük müharibəyə doğru gedir
və ABŞ-ın əsas məqsədi Gümrüdəki Rusiya bazasının məhv
edilməsidir”. Bu barədə rusiyalı politoloq Yevgeni
Satanovski Ermənistanda Paşinyanın tərəfdarlarının daha
genişmiqyaslı aksiyalara başlamasını şərh edərkən deyib.
Y.Satanovski qeyd edib ki, Ermənistandakı hadisələrin nə ilə
nəticələnəcəyini demək çətindir.
“Lakin ABŞ-ın Ermənistandakı hədəfi məlumdur. Amerikalılar
proseslərin nəticəsində Gümrüdəki Rusiya bazasını sıradan çıxarmaq
və Moskvaya ağır zərbə vurmağı planlaşdırır”, - deyə o
bildirib.
Rusiyalı politoloq Vaşinqtonun Dağlıq Qarabağda da müharibənin
başlanması ssenarisi üzərində düşündüyünü iddia edib: “Əgər bu
münaqişə yeni dalğa ilə partlayacaqsa, onun nəticələri daha ağır və
uzunmüddətli olacaq”.
Qeyd edək ki, dünən Paşinyanın parlamentdə baş nazir
seçilməməsindən sonra Ermənistanda xalq hərəkatı güclənib. Hazırda
İrəvanda yollar blokanıb, həmçinin Rusiyanın 102-ci hərbi bazasının
yerləşdiyi Gümrüdə də kütləvi aksiyalar başlanıb.
“Respublika Partiyasının nümayəndəsi baş nazirin
səlahiyyətlərinin müvəqqəti icraçısı qalacağı halda, növbədənkənar
seçkilərin boykotu istisna edilmir”. Bunu müxalifət
lideri, etiraz aksiyalarının başçısı, parlamentin “Yelk”
fraksiyasının başçısı Nikol Paşinyan deyib.
Paşinyan son məqsədini AÇIQLADI
Ermənistanın Baş nazirini yalnız parlamentdə seçmək
olar. Bu sözlər Karen Karapetyanın ölkədəki hazırkı
gərginliklə bağlı yaydığı bəyanatında yer alıb.
“Ermənistanın hakim Respublika Partiyası baş nazir
vəzifəsinə öz namizədini irəli sürməyəcək, ancaq əmin edir ki,
ikinci turda hökumət başçısı seçiləcək”. Bu haqda
Respublika Partiyasının parlament fraksiyasının başçısı Vaqram
Baqdasaryan bildirib.
“Ermənistan maın 8-də baş nazirə malik olacaq. Ermənistanın
Respublika Partiyası bu posta öz namizədini irəli sürməyəcək və
parlamentin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək”, - o
deyib.
O həmçinin Ermənistanda etiraz aksiyalarının iştirakçılarını
yolları və magistralları bloklamağa son qoymağa çağırıb.
Ermənistanda hakim Respublika Partiyasının siyasi
qanadı mayın 8-də keçiriləcək baş nazir seçkilərində Nikol
Paşinyanın əleyhinə səs verəcək. Bu barədə “Joxovurd”
qəzeti yazıb.
Lakin qəzet qeyd edir ki, Respublika Partiyasının fraksiyası
ümumilikdə Paşinyanın xeyrinə səs verəcək.
“Milli azıqların nümayəndələri Arsen Mixaylov və Knyaz Həsənov
Paşinyanı dəstəkləyəcək. Həmçinin, generallar da Paşinyana səs
verəcəklər. Misal üçün, Seyran Saroyan artıq mövqeyini açıqlayıb.
Bununla yanaşı, bir neçə biznesmen də 8 may seçkisində Paşinyana
səs verəcək”, - deyə qəzet yazıb.
Ermənistanın müxalifət hərəkatının lideri Nikol
Paşinyan baş nazir postuna namizədliyin irəli sürülməsi üçün
parlamentin deputatlarının üçdə birinin imzasını
toplayıb. Bu haqda “Yelk” (“Çıxış”) parlament
fraksiyasından deputat Ararat Mirzoyan jurnalistlərə bildirib.
“Biz parlamentin deputatlarının üçdə birinin imzalarını yığa
bildik. Paşinyan ya bu gün, ya da sabah namizədliyini rəsmən irəli
sürəcək”, - Mirzoyan qeyd edib.
“Çarukyan” fraksiyasının nümayəndəsi, deputat Naira Zoqrabyan
jurnalistlərə bildirib ki, fraksiyasının 31 deputatından 27-si
artıq sənədi imzalayıb. Paşinyanın namizədliyini həmçinin
“Daşnaksütyun” fraksiyası da dəstəkləyib.
Ermənistan hakimiyyəti ölkəni bürüyən xalq
hərəkatını yatırmaq üçün ordunu küçələrə çıxarır.
Paytaxt yaxınlığında yerləşən ordunun xüsusi təyinatlı dəstələri
hazır vəziyyətə gətirilib.
Müdaxilə olarsa, Ermənistandakı rus hərbiçilərindən də istifadə
ediləcəyi deyilir.
Xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi, Qarabağdakı ordu İrəvana yeridilir - GECƏ HÜCUMU
“Ermənistanda inqilab Dağlıq Qarabağın Azərbaycana
qaytarılmasına hazırlıqdır”. Bu iddia ilə rusiyalı
jurnalist-ekspert Roman Jilin çıxış edib. Jilin hesab edir ki,
İrəvandakı proseslərin nəticəsində Ermənistan Qarabağı qaytarmağa
məcbur ola bilər.
İrəvandakı inqilabın İNANILMAZ SƏBƏBİ: Qarabağı qaytarmaq və... - ABŞ-ın PLANI ORTAYA ÇIXDI
Türkiyə, İran, Yaxın Şərq
2016-cı ilin 15 iyulunda – hərbi çevriliş gecəsi
prezidenti Rəcəb Tayyib Ərdoğanı zərərsizləşdirmək üçün 31 gəmiyə
səfər əmri verən “Fəthullah Terror Təşkilatı” (FETÖ) ilə əlaqədar
daha bir detal ortaya çıxıb. FETÖ-nün lideri
Fəthullah Gülənə aid səs qeydində “Uqandadan ananas gəlmiş” deyərək
şifrəsini verdiyi almaz və brilyant kimi qiymətli daşların
qaçaqmalçılıq yolu ilə döyüş gəmiləriylə daşındığı məlum olub.
Xəbərə görə, FETÖ-nün təlimatı ilə Afrikada liman-liman gəzən
Dəniz Qüvvələrinə məxsus gəmilərindən qiymətli daşların daşınması
üçün istifadə edilib. Dəniz Qüvvələri Komandirliyində
yerləşədirilən “imamlar” da FETÖ üzvü olan admiralların hər addımda
Gülənin təlimatı ilə hərəkət etdiklərini etiraf ediblər.
Son olaraq 2014-cü ildə Türk Dəniz Vəzifə Qrupunun Afrika qitəsi
ətrafında turu zamanı marşrut Gülənin təlimatı ilə müəyyən olunub.
Gəmilərin yan aldıqları limanlar isə FETÖ-yə aid məktəblərin olduğu
ölkələrə məxsusdur. Gəmilər ümumilikdə 24 ölkənin 25 limanıı
ziyarət edib.
Türkiyənin Səadət Partiyası (SP) prezidentliyə
namizədini açıqlayıb. Partiyanın sədri Temel
Karamollaoğlu SP-nin namizədi olub.
İyunun 24-də Türkiyədə keçiriləcək prezident və
parlament seçkiləri öncəsi müxalif partiyalar ittifaq qurmağa qərar
verib. Türkiyənin Cümhuriyyət Xalq Partiyası, İYİ
Partiya, Səadət Partiyası və Demokrat Partiyası seçkilərlə əlaqədar
ittifaq yaratmaq barədə razılığa gəliblər.
MHP Rəcəb Tayyib Ərdoğanın namizədliyi barədə rəsmi
qərar qəbul edib. Bu barədə partiyanın TBMM qrupunun
iclasında yekun qərar açıqlanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 iyunda keçiriləcək
seçkilərdə namizədliyinin irəli sürülməsi təklifi rəsmən qəbul
edilib.
Türkiyədə ölkənin əsas müxalifət partiyası olan
Cümhuriyyət Xalq Partiyası (CHP) prezident postuna namizədinin
adını açıqlayıb. Namizədin adı may ayının 4-də
CHP-nin qapalı keçirilən toplantısında qərarlaşdırılıb. Yekdilliklə
Muharrem İncinin prezidentliyə namizəd olacağı elan edilib.
Yaxın Şərqin parçalanaraq yenidən dizayn edilməsi
üçün tətbiq olunması istənilən “əsrin razılaşması“ layihəsinin
hədəflərindən biri Türkiyədir. Bunu Qətərin paytaxtı
Dohada təşkil edilən forumda məşhur misirli akademik Seyfuddin
Abdulfəttah bildirib.
Onun sözlərinə görə, Türkiyə “əsrin razılaşması”na qarşı
mübarizə aparır və çox əhəmiyətli siyasi döyüşün içindədir.
Akademik ABŞ-ın Qüdslə əlaqədar qərarının “əsrin razılaşması”nın
bir hissəsi olduğunu ifadə edib.
Türkiyə əsas HƏDƏFDİR – “Əsrin razılaşması”nın ŞOK DETALLARI
Aprelin 30-da gecə saatlarında Suriyada Bəşər Əsədə
sadiq hərbçilər və İran İnqilab Keşikçiləri Qvardiyası
silahlılarının yerləşdiyi hərbi baza raket atəşinə
tutulub. Nəticəsində 38 nəfər ölüb, 57 nəfər
yaralanıb. Raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə
zəlzələ olub.
Suriyaya hava zərbələrinin hansı ölkə tərəfindən endirildiyi
hələlik məlum deyil. ABŞ, Böyük Britaniya və İsrail rəsmiləri
hadisə ilə bağlı açıqlama verməyiblər. Suriyada hərbi bazanın
bombalanması nəticəsində 18 iranlı hərbçi həlak olub.
“İSNA” agentliyi xəbər verir ki, onların arasında İnqilab
Keşikçiləri Qvardiyasının yüksək rütbəli zabitləri də var. Hərbi
bazanın bombalanması nəticəsində 18 iranlı hərbçinin həlak olduğu
bildirilir.
Suriyanın Deyr əz-Zor bölgəsində PYD/PKK terror
təşkilatı ilə Bəşər Əsəd rejiminin qüvvələri arasında yaşanan
qarşıdurmanın detalları məlum olub. Qarşıdurmada ABŞ,
İsrail və PKK terror təşkilatının rejimə qarşı birgə əməkdaşlığı
olub.
ABŞ, İsrail və PKK-nın Əsədə qarşı "kabus" oyunu - 3 günlük müharibənin YERALTI DETALLARI
ABŞ Müdafiə naziri Ceyms Mettis isə deyib ki, ABŞ
aprelin 30-da Suriya ərazisinə heç bir zərbə
endirməyib. Mettis hazırda Suriya Demokratik
Qüvvələrinin əlində 400 İŞİD döyüşçüsünün əsir olaraq
saxlanıldığını bildirib.
İsrail kəşfiyyatı İranda hərbi nüvə proqramının
olduğunu sübut edən yarımton məxfi material əldə
edib. Bunu İsrailin baş naziri Binyamin Netanyahu
deyib.
O, ifşaedici bəyanat ilə 3 il əvvəl İranın nüvə proqramı ilə
bağlı əldə olunmuş razılaşmalara yenidən baxılmasına dair
beynəlxalq müzakirələrin qızğın vaxtında yerli televiziyanın canlı
yayımında çıxış edib.
"Bu fayllar inandırıcı şəkildə sübut edir ki, İran onda heç vaxt
hərbi nüvə proqramının olmadığı yalan deyib", - Netanyahu
bildirib.
Onun sözlərinə görə, bir neçə həftə əvvəl İsrail kəşfiyyatı
İranda "Əhməd" adlı layihənin olduğunu sübut edən 55 səhifəlik mətn
sənədləri də daxil olmaqla yarımton material əldə edib.
İranın xarici işlər nazirinin müavini Abbas Araqcı
İsrailin baş naziri Binyamin Netanyahunun Tehranın hərbi nüvə
sahəsində əldə etdiyi nailiyyətlər barədə bəyanatını "uşaq hərəkəti
və mənasız şou" adlandırıb. "Netanyahunun etdiyi uşaq
hərəkəti və mənasız şoudur və bunu biz artıq son illər müşahidə
etmişik, lakin bunu əvvəllər ikiüzlülər qrupu göstərirdi (İranın
solçu radikal "İran xalqının mücahidləri təşkilatı" qrupu. – red)",
- deyə Araqcı bildirib.
"Bu bəyanat mənasızdır: İran bu cür mühüm sənədləri sahibsiz
sənaye anbarında necə saxlaya bilər?", - neyə nazir müavini
bildirib.
"İsrailin Tehranda gizli hərbi nüvə proqramının
olmasına dair ittihamları "köhnədir" və ötən illərdə Atom Enerjisi
üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən baxılıb".
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
"ABŞ prezidenti Donald Tramp sövdələşməni ləğv etmək üçün IAEA
tərəfindən əvvəllər nəzərdən keçirilən başqa cür ifadə edilmiş
köhnə bəyanatlardan yapışıb. Necə də münasibdir. Mayın 12-nə cəmi
bir neçə gün qalmış "canavarlar" qışqıran oğlan uşağının ehtimal
edilən kəşfiyyat tapıntılarının planlaşdırılmış vaxt seçimi. Lakin
Trampın bayram etmək səyləri həqiqəti ortaya çıxardı" – deyə Zərif
öz "Twitter" səhifəsində yazıb.
İsrailin İranın nüvə silahı işləyib hazırlamasına
dair bəyanatı ABŞ-ın çox əvvəl bildiklərini təsdiq
edir. Bu barədə Ağ evin "Twitter" mikrobloqunda
yazılıb.
"İsrailin İranın nüvə silahı işləmləri haqqında bəyanatı ilə
bağlı: Bu faktlar Birləşmiş Ştatların çox əvvəl bildikləri ilə
üst-üstə düşür. İran nüvə silahının gizli işlənmə proqramına
malikdir, o bunu dünya ictimaiyyətindən və öz xalqından gizlətməyə
çalışsa da, buna nail ola bilmədi", - deyə bəyanatda
bildirilir.
İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə
proqramına dair yeni kəşfiyyat məlumatları haqqında Rusiya
prezidenti Vladimir Putinə məlumat verib və materiallarla ətraflı
tanış olmaq üçün işçi qrupunu göndərməyi təklif edib.
Bu haqda “RİA-Novosti” agentliyinə Qüdsdəki yüksək vəzifəli mənbə
bildirib.
“Netanyahu telefon söhbətində materialların məzmunu haqqında
Putinə məlumat verdi. O, materiallarla tanış olmaq üçün işçi
qrupunu dəvət etdi”, - agentliyin həmsöhbəti deyib.
Netanyahu Putinə gizli sənədlər barədə məlumat verdi
İsrail parlamenti Baş nazir Benyamin Netanyahu və
Müdafiə naziri Aviqdor Libermanın müharibə elan etməsinə icazə
verən qanunu təsdiqləyib. Qanuna əsasən, baş nazir və
müdafiə naziri hökumətdən razılıq almadan müharibənin başlanmasına
qərar verə biləcək.
Qanunun əleyhinə 41, lehinə 62 deputat səs verib.
Hazırda 2015-ci ildə anlaşma imzalandığı dövrdən
daha yüksək səviyyədə uranın zənginləşdirilməsinə texniki olaraq
hazırıq. Bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının
sədri Əli Əkbər Salehi ABŞ Prezidenti Donald Trampın nüvə
sazişindən imtina edilməsi ilə bağlı xəbərdarlıq xarakterli
çıxışlarına münasibət bildirərkən deyib.
Salehi Trampın özünə gəlməli olduğunu bildirib və nüvə
sazişindən imtina edilməməsi barədə çağırış edib.
İranın ali dini lideri Əli Xamenei ABŞ-ı Yaxın
Şərqdə böhranı gücləndirmək cəhdlərində ittiham edib.
O bildirib ki, ABŞ Səudiyyə Ərəbistanını İrana qarşı kökləməyə
çalışır.
“Amerikalılar regionda Səudiyyə Ərəbistanı və bəzi başqa
dövlətləri İrana provokasiya etməyə çalışırlar. Amma əgər onlarda
müdriklik varsa, onda onlar ABŞ-a aldanmamalıdır”, - Xamenei
deyib.
O əlavə edib ki, Yaxın Şərqdə böhranın yaradılması Birləşmiş
Ştatların hədəfidir.
Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, İran
Yaxın Şərqdə stabilliyi pozur.
ABŞ-ın Nyu-York məhkəməsi İranın 11 sentyabr 2011-ci
il terror aktının qurbanlarının qohumlarına milyardlarla dollar
ödəməsi barədə qərar çıxarıb. Bu haqda məhkəmənin
sənədlərinə istinadən “The Hill” nəşri bildirib.
Məhkəmənin qərarına əsasən, İran İslam İnqilabı Keşikçilər
Korpusu və İranın Mərkəzi Bankı 1008 nəfərin ölümündə günahkar
tanınıb. Qərarda bildirilir ki, bununla əlaqədar olaraq İran
hakimiyyəti həlak olanların qohumlarına kompensasiya
ödəməlidir.
Kompensasiyanın məbləği qohumluğun dərəcəsindən asılı olaraq
dəyişir.
Amerika məhkəməsindən İrana qarşı ŞOK QƏRAR
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi
Antonio Quterriş İranla nüvə razılaşmasından imtina etməməyə
çağırıb. O, bu haqda BBC-yə müsahibəsində
bildirib.
“Nüvə proqramı üzrə razılaşmadan imtina etməyi düzgün hesab
etmirəm. Hələ ki bizdə onun münasib alternativi yoxdur”, - baş
katib deyib.
Quterrişin sözlərinə görə, İranla razılaşma əhəmiyyətli
diplomatik qələbədir və onu saxlamaq lazımdır.
İran nüvə sazişi barəsində bir daha heç bir
sövdələşmə aparmayacaq və əsla müzakirə masasına
əyləşməyəcək. Bu sözləri İranın Xarici İşlər naziri
Məhəmməd Cavad Zərif deyib.
ABŞ-ın saziş çərçivəsində öhdəsinə düşən öhdəlikləri kobud
şəkildə pozduğunu bildirən XİN rəhbəri eyni zamanda Vaşinqtonun
anlaşmanı imzalayan digər ölkələrə qarşı “zorbalıq” etdiyini qeyd
edib.
ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişi
haqda qərarını açıqlayacağı tarix yaxınlaşdıqca, Tehrana qarşı
təzyiqlər artır. İsrailin baş naziri Binyamin
Netanyahunun İrana aid nüvə dosyalarını ələ keçirdiklərini iddia
etməsindən sonra hədəfə alınan Tehrana qarşı diplomatik hücum
başlanıb.
İran mühasirəyə alındı: İsrail HÜCUMA HAZIRLAŞIR
Əfqanıstanda bazar ertəsi səhər saatlarında iki
partlayış törədilib. 25 nəfəin öldüyü, təqribən, 50
nəfərin yaralandığı terror hücumlarına görə məsuliyyəti İŞİD
üzərinə götürüb.
İŞİD Əfqanıstandakı partlayışa görə məsuliyyəti üzərinə götürdü - FOTOLAR - YENİLƏNDİ
ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri
Çin Cənubi Çin dənizində yerləşən mübahisəli
adalarda gəmi əleyhinə qanadlı raketləri və zenit-raket
komplekslərini gizli qurub. Bu haqda Amerika
kəşfiyyatının məlumatları ilə tanış mənbələrə istinadən CNBC
telekanalı bildirib.
ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) anonim nümayəndəsi
bildirib ki, adaların sonrakı hərbiləşdirilməsi bu əraziyə iddia
edən tərəflər arasında gərginliyin və etibarsızlığın artmasına
xidmət edəcək. Daha əvvəl “Wall Street Journal” qəzeti bildirib ki,
Çin mübahisəli adalarda xüsusi avadanlıqlar yerləşdirib. Bu
avadanlıqlar radiolokasiya sistemlərinin fəaliyyətinə maneələr
yaratmağa qadirdir.
Dünyanın sonunu gətirəcək müharibəyə GİZLİ HAZIRLIQ – ABŞ kəşfiyyatı AÇIQLADI
Dünyada çoxlu məsələ yığılıb və onları Moskva ilə
Vaşinqtonun əməkdaşlığı olmadan həll etmək mümkün
deyil. Bunu İtaliyanın “Panorama” jurnalına
müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov bildirib.
“Hələ ki çoxları Vaşinqtonda rusofobiyaya yüklənməyə davam edir.
İşlərin durumu dünyada vəziyyətə mənfi təsir edir. Ümid edirəm ki,
Vaşinqtonun dəhlizlərində sağlam düşüncə zamanla qalib gələcək. Biz
ABŞ-la dost münasibətlərin qurulmasını istəyirik, amma bunu
Rusiyanın prinsipləri və Rusiyanın milli maraqlarıyla ticarət
etməklə deyil”, - Lavrov vurğulayıb.
Koreya böhranı
Cənubi Koreya bu ilin iyun-iyul aylarında ABŞ və
KXDR ilə üçtərəfli sammit keçirilməsinə hazırlaşır.
Bu barədə Cənubi Koreya "Munhva İlbo" qəzeti məlumat yayıb.
"İyun-iyul aylarında Cənub-Şimal və ABŞ arasında yüksək
səviyyəli danışıqlar aparılması imkanı nəzərdən keçirilir. Mayda
isə ABŞ-Şimali Koreya sammitinin keçiriləcəyi isə təsdiq edilib", -
qəzetdə yazılıb.
Nəşrin yazdığına görə, hər şey rəvan gedərsə, bu il Şimali
Koreya və Yaponiya arasında münasibətlər normallaşa və Koreya
yarımadasının nüvə silahlardan təmizlənilməsi üzrə "yol
xəritəsi"nin həyata keçirilməsi üzrə altıtərəfli danışıqlar bərpası
mümkün ola bilər.
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik
Respublikasının (KXDR) lideri Kim Çen Inla Şimali Koreya ilə Cənubi
Koreya arasındakı Sülh Evində görüşmək istəyir. Bu
haqda ABŞ prezidenti Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, Kim Çen Inla görüşün yeri və vaxtı bəlli
olub. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, mövzu bağlı təfərrüatlar yaxın zamanda
açıqlanacaq.
Ukrayna
Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda
terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib
və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan
edib. “30 aprel 2018-ci ildə Donetsk və Luqansk
vilayətlərinin ərazilərində terrorçuluğa qarşı genişmiqyaslı
əməliyyat başa çatır. Biz indi ərazi bütövlüyü və müstəqilliyin
təminatı üçün Ukraynanın Silahlı qüvvələrinin rəhbərliyi altında
hərbi əməliyyata başlayırıq”, - dövlət başçısının fərmanında
deyilir.
Xatırladaq ki, bu ilin yanvarında Ali Rada Donbasın
reinteqrasiyası haqqında qanunu qəbul edib. Qanunun mətnində Rusiya
işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş
adlandırılıb. Qanun ölkənin suverenliyinin müdafiə naminə
prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli
separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın
nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas
münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.
“ABŞ-ın “Javelin” tank əleyhinə komplekslərini
Ukraynaya çatdırması Donbasda vəziyyəti dəyişdirəcək, çünki Rusiya
qoşunlarında bu silahın analoqu yoxdur”. Bu haqda
jurnalist və hərbi ekspert Yuri Butusov “Qordon” nəşrinə
bildirib.
“Ukraynaya “Javelin” komplekslərinin çatdırılması müdafiə
qabiliyyətimizin səviyyəsinin yüksəlməsindən xəbər verir. Biz ilk
dəfə analoqu Rusiyada olmayan yeni nəsil silahlar aldıq. O,
istənilən analoji Rusiya texnikasını keyfiyyətdə üstələyir. Bu bizə
taktiki üstünlük verir və Donbasda döyüş əməliyyatlarının
xarakterini dəyişdirməyə imkan verir”, - o vurğulayıb.
Butusovun sözlərinə görə, Rusiya qoşunlarının hücum cəhdləri
halında döyüş əməliyyatları açıq ərazidə zirehli tank bölmələri
arasında keçiriləcək.
Hərbi ekspert: “Bu silah Rusiya ordusunu müdafiəsiz qoydu”
“Rusiya Ukrayna ilə heç bir müharibə
aparmır”. Bunu İtaliyanın “Panorama” jurnalına
müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey
Lavrov bildirib.
“Hər şeydən əvvəl, prinsipial bir məsələyə diqqəti yönəltmək
istəyirəm: Rusiya Ukraynayla heç bir müharibə aparmır. 2014-cü ilin
fevralında hakimiyyətə dövlət çevrilişi nəticəsində gəlmiş
millətçilər öz xalqına qarşı müharibəyə başladılar. Müharibə
Kiyevlə Ukraynanın regionları arasında gedir”, - o deyib.
Nazir vurğulayıb ki, Ukraynada daxili siyasət böhranı kənardan –
bütün dünyanı öz təsiri sferasına aid edən ABŞ-ın başçılıq etdiyi
qərb dövlətləri qrupu tərəfindən provakasiya edilmişdi.
Lavrovun sözlərinə görə, ABŞ-ın rəhbərliyi altında
Qərb ölkələri tərəfindən başladılan böhrana görə, Ukrayna faktiki
olaraq müstəqilliyi və iqtisadiyyatından məhrum
olub.
“Uzun illər ərzində Kiyevi məcbur edirdilər ki, bizimlə və ya
bizə qarşı anlamında olan seçimi etsin. Bu da Ukrayna
dövlətçiliyinin çöküşünə gətirib çıxardı. Ukraynadakı hazırkı
böhranın günahkarı ABŞ-n rəhbərlik etdiyi Qərb ölkələri qrupudur”,
– deyə o bildirib.