İzmirdə universitet tələbəsi olan 21 yaşlı Zülal Tütüncü bardan çıxdıqdan sonra özəl universitetdə oxuyan Günhan Öztürk tərəfindən evində bıçaqlanaraq öldürülüb.
Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, gənclər barda əyləndikdən sonra Öztürkün evinə gediblər. Burada baş verən mübahisə zamanı Günhan Öztürk atasına aid böyük bıçaqla gənc qızın boynuna və çiyninə zərbə endirib. Zühal Tütüncü hadisə yerində həyatını itirib. Öztürk polisə zəng edərək təslim olub.
Cinayəti etiraf edən Öztürk mübahisənin niyə çıxması barədə məlumat verməyib.
Gənc qızın cənazəsi Bursadan gələn ailəsinə təslim edilib. Cinayət işinin görüldüyü məhkəmədə vəkil cinayətin işlənmə şəklinin bu cinayətdə satanistcə bir ritual olması təəsüratı oyandırdığını deyib.
