İlk faşist düşərgəsi

Faşist Almaniyasında yaradılan ilk toplama düşərgəsi olan Daçau Almaniyada eyni adlı bir şəhərin yaxınlığında yerləşir.

Metbuat.az xəbər verir ki, 1945-ci ilə qədər açıq qalan düşərgə günümüzdə muzey olaraq fəaliyyət göstərir və faşist Almaniyasının toplu qətliamlarını gözlər önünə sərir.

2 mart 1933-cü ildə Nasional Sosialist alman işçi partiyası tərəfindən qurulan və ilk nizamlı toplama düşərgəsi olan Daçau aralarında 23 türk vətəndaşının da olduğu 45 min adama məzar olub.

Düşərgədə həyatda qalanlar 29 aprel 1945-ci ildə ABŞ sahil qüvvələrinə bağlı piyada diviziyası və digər 7-ci ordu birlikləri tərəfindən xilas edilmişdi.

Düşərgədə 33 ölkədən 200 min nəfərdən çox məhkum olub.





http://matbuat.az/news/947897/oruc-tutmanin.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR