Adolf Hitlerin ölümü ilə bağlı bütün təfərrüatların və can çəkişən faşist Almaniyasının yerləşdiyi sənədlər illər sonra ilk dəfə gözlər önünə sərilib.
Metbuat.az-ın verdiyi məlumatlara görə, 1945-ci ilin may ayında Sovet birliyinin birinci Belarusiya Cəbhəsinin komandiri Mareşal Georgy Jukov 4 illik müharibənin bəlkə də ən vacib sənədini Moskvaya göndərib.
4 səhifəlik telefon mesajı həm Hitlerin ölümü ilə bağlı təfərrüatlara, həm də can çəkişən faşist Almaniyasındakı siyasi vəziyyətə işıq tutur.



