ABŞ-da 2008-2014-cü illərdə yayımlanan və bütün dünyada böyük izləyici kütləsi əldə edən “Sons of Anarchy” adlı serialın aktyorlarından David Labrava övlad acısı yaşayıb.
Metbuat.az xəbər verir ki, Labrava “İnstagram”da etdiyi paylaşımla 16 yaşındakı oğlunun intihar etdiyini bildirib. Uşağın ölüm səbəbi dəqiq açıqlanmayıb. 55 yaşındakı aktyor oğlunun son istəyi olduğunu bildirərək “gofundme” xeyriyyə saytında insanları depressiya və bipolar pozğunluğu təşkilatlarına ianə etməyə çağırıb.
