"Bayern Münhen" daha 2 təcrübəli futbolçusu ilə müqavilə yeniləyib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, söhbət Robben və Rafinyadan gedir. Hər iki futbolçunun anlaşması 2019-cu ilin yayına kimi uzadılıb. Daha öncə Münhen klubu Frank Riberi ilə də yeni sözləşmə imzalamışdı.
Robben 2009, Rafinya isə 2011-ci ildən "Bavariya"nın şərəfini qoruyur.
Milli.Az