Çində cins it həvəskarı olan bir qadının başına gələn hadisə dünyada gündəm olub.

Metbuat.az xəbər verir ki, heyvan mağazasında yapon Spitzi cinsli bala it aldığını fikirləşən qadın heyvan böyüdükdə böyük şok yaşayıb. Vanq adlı qadın ağ bala itin aylar içində bir dəfə də olsun hürmədiyini görüb. Heyvan 3 aydan sonra it yeməyini də yemədikdə çinli qadın bir qəribəlik olduğunu anlayıb.

Qadın böyümə müddətini danışaraq “ üç aylıq olan zaman kürkü daha qalınlaşdı. Quyruğu normal itin quyruğundan daha uzun idi. Digər ev heyvanları mənim heyvanımdan çox qorxurdu” deyib.

Daha sonra heyvanını bir mütəxəssisə göstərən qadın aldığı itin əslində bir tülkü olduğunu öyrənib. Qadın daha yaxşı bir həyatı olsun deyə tülkünü heyvanat bağçasına verib.

Heyvan mağazasından cins it alan qadın

Heyvan mağazasından cins it alan qadın

Heyvan mağazasından cins it alan qadın

Heyvan mağazasından cins it alan qadın

http://matbuat.az/news/950434/kirpi-balalarina-ana...