İstanbulda bir ticarət mərkəzindəki kosmetika mağazasında 17 yaşlı qız oğurluqda günahlandırılaraq anbarda 33 dəqiqə “çılpaq yoxlama” işgəncəsinə məruz qalıb.
Metbuat.az xəbər verir ki, 2016-cı ilin noyabr ayında baş vermiş hadisədə mağazanın xüsusi təhlükəsizlik işçiləri Zuhal A. və Semiha A. qızı izləyərək, oğurluq etməkdə günahlandırıb. Daha sonra qız anbara aparılaraq, alt paltarlarına qədər axtarış edilib. Heç nə oğurlamadığı məlum olan qız sərbəst buraxılıb.
Yaşadığı travmadan sonra gənc qız polisə gedərək mağaza işçilərindən şikayətçi olub. Gənc qız yoxlanışda 2 kişi işçinin də olduğunu, hətta işçilərdən birinin onun başına vuraraq “oğru, tərbiyyəsiz” deyə təhqir etdiyini bildirib. Yoxlama anlarının görüntüləri təhlükəsizlik kamerasına qeyd olunub.
Prokukorluğun başladığı araşdırma zamanı ifadə verən təhlükəsizlik işçiləri axtarışın qanun çərçivəsində “x-ray” cihazından keçirələrək edilməsi lazım olduğunu bildirib. Amma lazımlı cihaz olmadığından yoxlanışı bu şəkildə etdiyini müdafiə edib. Zuhal A. isə qıza heç bir şiddət tətbiq etmədiyini bildirib.
Məhkəmə işinin sonunda Zuhal A. barəsində “haqsız yoxlama”, “yüngül yaralama” və “təhqir etmək” cinayətlərindən 5 ilə qədər həbs tələbi ilə cinayət işi açılıb. Digər işçi Semiha A. isə “haqsız yoxlama” ilə günahlandırılaraq 1 il həbsi tələb olunub.

