[ 12 Yanvar 2015 10:43 ]



“AirAsia” aviaşirkətinə məxsus təyyarənin qara qutusunun ikinci hissəsi tapılıb

Bakı - APA. Yava dənizi akvatoriyasında qəzaya uğrayan “AirAsia” aviaşirkətinə məxsus təyyarənin qara qutusunun ikinci hissəsi tapılıb.

APA-nın Detik.com portalına istinadən xəbərinə görə, bu barədə İndoneziyanın Təhlükəsizlik üzrə Milli Komitəsinin baş müstəntiqi Marcono Sisvosuvarno açıqlama verib.

Xatırladaq ki, Sinqapur istiqamətində uçan Airbus A320-200 təyyarəsi dekabrın 28-də Yava dənizi akvatoriyasında yoxa çıxıb. Təyyarədə 155 sərnişin və 7 nəfər ekipaj üzvü olub.