Brazilyalı blogger və “İnstagram” fenomeni Jesssika Valitutto piylənmə xəstəliyindən əziyyət çəkirdi.
Metbuat.az xəbər veir ki, daha əvvəl 156 kiloqram ağırlığında olan Jessica Valitutto yaşadığı dəyişikliyi “İnstagram” səhifəsində izləyiciləri ilə bölüşüb.
Əməliyyat olunan Jessika bununla kifayətlənməli olmadığını görüb. Əməliyyatdan sonra özünə bir məşqçi tutub və çəki atmasına kömək etməsi üçün aşağı karbonatlı bir pəhrizə başlayıb.
O, 94 kiloqram çəki atdıqdan sonra haradasa tanınmaz hala gəlib. “İnstagram” hesabında əvvəl və sonra fotolarını paylaşan Jessika bu sayədə 1 milyona yaxın izləyici qazanıb.




