Kiberhücumların 76 faizi maliyyə mənfəəti güdür

Kiberhücumların 76 faizi maliyyə mənfəəti güdür
04:35 22 May 2018
Ölkə mətbuatı
A- A+

“Verizon” şirkəti son 12 ay üçün kibertəhdidlər üzrə 65 ölkədə 53308 insident haqqında məlumat əsasında tərtib edilən hesabat dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, hesabata görə, kiberhücumların 76 faizi maliyyə mənfəəti güdür. Bununla yanaşı, səhiyyə, daşınmaz əmlak, dövlət idarəçiliyi, pərakəndə satış və maliyyə sahəsində cüzi sayda insident qeydə alınıb.
 
Bildirilir ki, cinayətkar təşkilatlar kənar hücumların 62 faizinə görə məsuliyyət daşıyır, sistem inzibatçıları isə başlıca daxili təhlükə olmaqla insidentlərin 25,9 faizinə səbəb olur. Mütəşəkkil cinayətkarlıq və dövlət strukturlarının baş verən insidentlərdə payı 6 faiz təşkil edir.
 
Kiberhücumlara daha çox məlumat bazaları (19,6 faiz), POS-terminallar (15,8 faiz), POS-kontrollerlər (15,8 faiz) və internet əlavələri (13,7 faiz) məruz qalıb.
 
Ən geniş yayılmış hücum vektoru insidentlərdə payı təxminən 96 faizə bərabər fişinq hücumudur. Ötən il ərzində ən geniş yayılmış zərərli proqram təminatı növü fırıldaqçı proqramlar olub.
 
Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54599-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR