Uzun illər əziyyət çəkdiyi xəstəlikdən

Spinal stenoz xəstəliyindən əziyyət çəkən 73 yaşlı pasiyent üzərində əməliyyat həyata keçirilib.

Bu barədə Metbuat.az-a neyrocərrah Azər Əkbərov məlumat verib:

“Bu xəstəlikdən uzun illər əziyyət çəkən pasiyent bir çox qeyri-cərrahi müalicə üsullarına əl atsa da, şikayətləri artmaqda davam edib. Radiolojik olaraq spinal kanalın ciddi stenozu (daralması). Əlil arabasında klinikamıza gətirilən xəstəyə "open window laminectomy və fiksasiya" əməliyyatı icra edildi. Əməliyyatdan dərhal sonra xəstənin şikayətləri keçib”.

Məlumat üçün bildirək ki, Spinal stenoz və ya dar kanal orta yaşlı və yaşlı xəstələrdə görülən degenerativ xarakterli onurğa sütunun xəstəliyidir. Daha sıx bel-oma nahiyəsində görülür. Xəstələrdə tədricən yerimə məsafəsi qısalır, ayaqlarda keyimə, ağrı, elektriklənmə və s. kimi şikayətlər müşahidə edilir. Adından məlum olduğu kimi, xəstəliyin səbəbi normal spinal kanalın qalınlaşmış bağ və sümük toxuması hesabına daralması və sinirlərin mexaniki sıxılmasıdır. Xəstəliyin sonrakı mərhələsində heç bir dərman və fizioterapevtik müalicə effektiv olmaz. Bu xəstəliyin müalicəsi yalnız cərrahi dekompressiya və ehtiyac olduqda fiksasiyadan ibarətdir.

Dekompressiya zamanı əməliyyatın minimal invaziv üsulları "open window laminectomy" onurğanın stabilliyini daha az pozar (fiksasiya zamanı isə füzyon (bitişmə) nisbətini artırar) və sinirləri təkrar sıxa biləcək qranulasiya (çapıq) toxumasının əməliyyatdan sonra əmələ gəlməsini azaldar. Yanaşı digər ağır xəstəlikləri olmayan yaşlı xəstələrdə bu əməliyyat az riskli və çox effektivdir. Əməliyyatdan dərhal sonra xəstələrin şikayətləri keçir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR