Ananın tapdığı bu üsul

Xəstə bir uşağa sahib olmaq kifayət qədər çətindir. Hərarətli bir uşağa dərman vermək də asan bir iş deyil.

Metbuat.az xəbər verir ki, dərmanların dözülməz dadları səbəbi ilə uşaqlara dərman vermək xüsusi bir zəhmət tələb edir.

Hər ana kimi Amerikada yaşayan Helena Lee də uşağına dərman içirmək üçün çətinlik çəkirdi. Amma ağlına gələn bu üsul özünü və bütün anaları bu çətinlikdən xilas etməyə kömək edib.

Uşaq butulkasının ucunu kəsən və kəsilmiş hissəyə də dərman şprisini yerləşdirən Leenin tapdığı bu üsul minlərlə paylaşım alıb. Lee fotoları “ziyan yox, göz yaşı yox” sözləri ilə paylaşıb.

Amerika Pediatriya Akademiyası tərəfindən edilən bir anketdə uşaq həkimləri xəstələrinin təxminən 25 faizinin dərmanları içmədiyini deyib. Bu da uşaqların sağalma müddətini çoxaldır.

1508262889-baby-medicine

https://metbuat.az/news/954798/tebietden-gelen-en-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR