Ledi Kitti Spenser keçən həftə baş tutan Meqan Marklla Britaniya şahzadəsi Harrinin toyunda gözəlliyi, zərifliyi, nəcibliyi və yaşıl əlbisəsi ilə bütün dünya mətbuatının diqqətini çəkmişdi.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cazibəsi ilə hər kəsin marağını çəkən Kitti Spenser haqqındakı həqiqət hamını təəccübləndirib. Lakin məlum olub ki, çoxlarının qəlbini fəth edən bu gözəl ledi arıqladıqdan sonra, son 3 ildə özəl klinikada bir sıra estetik əməliyyat keçirib.

Sarışın qızın 4 il əvvəl qaşları və dodaqları nazik olub. Onun göz qapaqları da başqa formada olub. Dodaqlarına dolğu vurduran model əməliyyatla çənəsinin də formasını dəyişdirib və qaşlarını qalınlaşdırıb. Yeri gəlmişkən qeyd edək ki, şahzadə Diananın qardaşı qızı olan Kitti öz bibisinə bənzəməsi ilə tanınır.

Məlumat üçün bildirək ki, model hazırda daşınmaz əmlak sərmayəçisi, italyan iş adamı Qraf Nikol Barattieri di San Pyetro ilə yaşayır.

Aytən