İngiltərənin "Everton" kalubunun forvardı Ueyn Runi ABŞ-ın paytaxtı Vaşinqtondadır.
Milli.Az ABC-yə istinadən bildirir ki, 32 yaşlı futbolçu "DC Yunayted" klubunun bazasında bu gün tibbi müayinədən keçib. Axşam saatlarında onun klub rəhbərliyi ilə müqavilə imzalaması gözlənilir.
2020-ci ildə başa çatacaq müqavilənin şərtlərinə görə, Runi ildə 5 milyon dollar alacaq.
İngiltərə premyer-liqasının başa çatmış mövsümündə 31 matçda meydana çıxmış Ueyn Runi 10 qol vurub.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

