BMT-dən Azərbaycana qarşı gözlənilməz QARABAĞ TƏXRİBATI - FOTOFAKT

BMT-dən Azərbaycana qarşı gözlənilməz QARABAĞ TƏXRİBATI - FOTOFAKT
15:33 26 May 2018
129 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycana qarşı Qarabağ təxribatı törədilib.

Publika.az
"Azadlıq" radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, BMT-nin rəsmi saytında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılan qondarma rejimin “xarici işlər nazirliyinin” memorandumu dərc olunub.

Memorandumda Azərbaycana qarşı absurd iddialar yer alır, həmçinin, Qarabağın “öz müqəddəratını təyin etmə” prinsiplərindən bəhs edilir.

BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi mövcuddur. Bu qətnamələri indiyə qədər yerinə yetirməyən BMT-nin sonuncu addımı gözlənilməz olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı böyük təxribatdır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/242294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR