“Xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın
yaradılması ilə haqı olaraq fəxr edə bilər. Bu, bir daha onu
göstərir ki, Azərbaycan xalqı böyük, azadlıqsevər və mütərəqqi
xalqdır”.
Publika.az-ın xəbərinə görə, bunu Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi münasibətilə keçirilən rəsmi qəbulda söyləyib.
Dövlət başçısı bildirib ki, dövlət Xadq Cümhuriyyətinin
qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, onların adları
əbədiləşdirilib: “Bir neçə il öncə Bakının mərkəzində Xalqn
Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, 2018-ci il Xalq
Cümhuriyyəti ili elan edilib. 23 aylıq fəaliyyəti dövründə Xalq
Cümhzuriyyəti böyük işlər görüb. Dövlət bayrağı, Azərbaycan
vətəndaşlığı təsis edilib, Milli Ordunun əsası qoyulub, 200-dən çox
qanun qəbul edilib, qadınlara səsvermə hüququ verilib, Bakı Dövlət
Universiteti yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu
xalqımızın böyük faciəsidir. Əminəm ki, müstəqillik əldən
verilməsəydi hazırda Azərbaycan dünyanın ən zəngin ölkərindən biri
idi. Bu bir bir daha müstəqilliyin qorunub saxlanılmasının onu əldə
etməkdən çətin olduğunu göstərir. 1990-cı ildə milli bayrağımızın
ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda ucaldılması tarixi
hadisədir”.
Dövlət başçısı bildirib ki, 1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycan çətin sınaqlardan keçdi: "O vaxtkı hakimiyyət ölkəni idarəedilməz vəziyyətə saldı, torpaqlarımız işğal olundu. Xalq nicat yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Çünki Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə resprublika və xalq üçün böyük işlər görmüşdü. Heydər Əliyev 1990-cı il qanlı 20 Yanvar faciəsinə Moskvada öz etirazını bildirmişdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizin müstəqilliyi dayaqları möhkəmləndi, ölkəmiz inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən sonra da ölkəmizin dinamik inkişafı təmin edildi”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan düyanın idman ölkəsinə çevrilib. İdmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr göstərib. Bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir: “Bir Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz e lə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bu günkü Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyimiz ən böyük sərvətimiz, xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir”.