"Börnli" klubunun və İngiltərə milli komandasının futbolçusu Ceyms Tarkovski Rusiyadakı dünya çempionatında iştirak etməyəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, səbəb 26 yaşlı müdafiəçinin qasıq nahiyəsindəki zədədir. Artıq yığmanın düşərgəsini tərk edən oyunçu əməliyyat olunacaq.
Tarkovski millinin baş məşqçi Qaret Sautgeytin açıqladığı siyahıda 5 futbolçudan ibarət ehtiyat siyahıda yer alırdı. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 31 oyun keçirib.
Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. İngiltərə millisi Tunis (18 iyun, Volqoqrad), Panama (24 iyun, Nijni-Novqorod) və Belçika (28 iyun, Kalininqrad) ilə birgə G qrupunda çıxış edəcək.
Milli.Az