Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında yoldaşlıq oyunları keçiriləcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, dünya çempionatından kənarda qalan İtaliya millisi mundial iştirakçısı Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Bu qarşılaşma "skuadra adzurra"nın baş məşqçi postuna yenicə təyin olunmuş Roberto Mançininin millinin "sükanı arxasında" ilk sınağı olacaq.

Türkiyə seçməsi doğma meydanda İranla qarşılaşacaq. Bu yığmalar sonuncu dəfə 44 il öncə - 1974-cü ildə üz-üzə gəliblər.

Yoldaşlıq oyunları

28 may

15:00 Cənubi Koreya - Honduras
20:00 Bosniya və Herseqovina - Monteneqro
22:15 Türkiyə - İran
22:45 Portuqaliya - Tunis
22:45 İtaliya - Səudiyyə Ərəbistanı
23:00 Fransa - İrlandiya
23:00 Nigeriya - Konqo DR

Milli.Az