Hələ yuxudan oyanmamışdım, gördüm telefon dayanmadan zəng çalır.

Milli.Az xəbər verir ki, Könül Kərimova bunu 3 gün öncə aldığı əməkdar artist adı ilə bağlı "5/5"-də danışarkən deyib.

Xanım müğənni yuxudan telefonuna gələn aramsız zənglərə oyandığını bildirib:

"Bu məqamda mənə ilk zəng edən şəxsə baxdım, bu, Nüşabə Ələsgərli idi. Düşündüm ki, Nüşabə mənə pis xəbər üçün zəng etməz".

Əməkdar artistin açıqlamasını tam olaraq videodan izləyə bilərsiniz:

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə günlər öncə Könül Kərimovaya əməkdar artist fəxri adı verilib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Mən hələ də şokdayam" - Könül Kərimova onu ağladan zəngdən danışdı - VİDEO"Mən hələ də şokdayam" - Könül Kərimova onu ağladan zəngdən danışdı - VİDEO