Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoldaşlıq görüşü keçiriləcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, günün ən maraqlı oyunlarından biri Nitsa şəhərində baş tutacaq. "Alyans Rivera" stadionunda qarşıdan gələn dünya çempionatının əsas favoritlərindən Fransa millisi gözlənilmədən mundialdan kənarda qalan İtaliya yığmasını qəbul edəcək.

Türkiyə seçməsi Tunislə üz-üzə gələcək.

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqiblərindən Malta millisi də yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Maltalılar Gürcüstanla üz-üzə gələcəklər.

Yoldaşlıq oyunları

1 iyun

15:00 Avstraliya - Çexiya
15:00 Cənubi Koreya - Bosniya və Herseqovina
18:30 Hindistan - Taypey
21:00 Gürcüstan - Malta
22:15 Tunis - Türkiyə
23:00 Fransa - İtaliya
23:15 Misir - Kolumbiya

Milli.Az