Roma Papası Fransisk iqlim dəyişikliyi problemini müzakirə etmək məqsədilə dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Vatikanın rəsmi nümayəndəsinə istinadən xəbər verib.

Görüşün iyunun 8-9-a planlaşdırıldığı bildirilir. Görüşə dəvət alan şirkətlərin adları açıqlanmır. Bununla belə, "BP" şirkətinin başçısı Robert Dadli və "Exxon Mobil"-in rəhbəri Darren Vuds görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.

Milli.Az