Sahibi ilə birlikdə getdiyi məktəbin

Servis iti olaraq getdiyi məktəbdə hər kəsin sevimlisi olan labrador cinsli it Linda məktəbin illiyində şagirdlərlə birlikdə yer alıb.

Metbuat.az xəbər verir ki, labrador cinsli itlər zəkaları, asanlıqla təlim edilə bilmələri ilə uzun illərdir servis iti olaraq istifadə edilir. Xüsusilə fiziki qüsurlu şəxslərin və uşaqların reabilitasiyasında yer alan bu itlər sahiblərinin həm ən yaxın dostu, həm də ən yaxşı köməkçisi olurlar.

Sarı bir labrador olan Linda da bu itlərdən biridir. Sahibi Rachel məktəbə əlil arabasında gedib-gələrkən ona köməkçi olan Linda bütün məktəbin sevimlisinə çevrilib.

Bu il 5-ci sinifi bitirən və ibtidai sinifdən məzun olan Rachelin məktəbi Lindayı o qədər çox sevib ki, ona məktəb illiyində yer verməyə qərar veriblər. Eyni ilə sinif şagirdləri kimi geyinib, foto çəkdirən Linda da beləcə şirin bir xatirə kimi illik səhifələrində yerini alıb.

Məktəbin müdirindən bir plakat da alan Linda səhnəyə Rachelin anası ilə birlikdə çıxıb. Son dərəcə xoşbəxt və qürurlu görünən Linda uzun illər boyu Rachelə yoldaşlıq etməyə davam edəcək.


https://metbuat.az/news/963987/tarixin-en-acimasiz...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR