"Whatsapp" bu mobil cihazları dəstəkləməyəcək

Dünyanın ən məşhur mesajlaşma platforması "Whatsapp" bəzi cihazları artıq dəstəkləməyəcək.

Metbuat.az "TRT Haber"ə istinadən məlumat verir ki, "Whatsapp" bu barədə xəbərdarlıq yayıb. Şirkət istifadəçilərin proqramdan problemsiz istifadə etmələri üçün hansı əməliyyat sistemləri ilə işləmələri barədə açıqlama verib. Açıqlamaya görə, " Android 4.0 və yuxarı", "iOS 7 və yuxarı", "Windows Phone 8.1 və yuxarı" funksiyalara malik cihazlar problemsiz proqramdan istifadə edə biləcək. Dekabr ayının 31-dən etibarən "Whatsapp" "Nokia S40" cihazlarını dəstəkləməyəcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR