Milli komandamız bu gün növbəti yoldaşlıq görüşünü keçirib.

Metbuat.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız "Astana Arena"da Qazaxıstan millisi ilə qarşılaşıb. Millimiz rəqibinə 0:3 hesabı ilə məğlub olub.
Bu, Qurban Qurbanovun millimizə baş məşqçi təyin edildikdən sonra keçirilən ilk səfər oyunudur. Komandamızın bunadək 4 yoxlama oyunundan 2-si Antalyada, 2-si isə Bakıda olub.

Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında 5-ci oyunu olub. Bunadək 4 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub, Qırğızıstana qalib gəlib.

5 iyun

Yoldaşlıq görüşü
18:00. Qazaxıstan – Azərbaycan - 3:0
Qol:
Roman Murtazayev, 12 (1:0), Serikcan Mujikov, 14 (2:0), B. Zaynutdinov 89 (3:0)
Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)
Astana. "Astana Arena”