"Şəxsi həyata müdaxilə edən, mənə və izləyicilərimə qarşı təhqirlər yazan, şəxsiyyətimə, şərəfimə, yaxınlarıma, ən vacibi isə övladıma dil uzadanın dilini əlimlə kəsib şəklini burada paylaşardım. Amma şükürlər olsun ki, buna ehtiyac qalmır. Hər səviyyəsizə görə dəyməz, bütün vətəndaşların hüquqlarını qoruyan dövlətimiz var”.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə onun ünvanına təhqirlər yazan Vüsal Rəsulov adlı şəxs haqqında yazıb. Baş verənlərdən hiddətlənən aparıcı həmin şəxsin polis tərəfindən yaxalandığını yazıb və şəklini paylaşıb:
“Sənə xəbərdarlıq olundu ki, ay murdar, ağıllı ol, olmadın, canın sağ olsun. 15 dəqiqəyə sənin kimi cılız birini tapıb bizə verdilər, sənin kimilərə vaxt sərf edəcək qədər bekar deyilik. Amma gözəl ölkəmizin daşdan keçən qanunları var, bu gün evində isti yorğan-döşəyində doyunca yat, çünki sabah çox yorulacaqsan, yatmağa da yerin olmayacaq. Şəxsi həyatım və uşağımın atası maraqlandırır səni? Sabah bütün tərcümeyi-halımı sənə oxutduracaqlar. Bu və bunun kimi özünü kişi hesab edib, əslində qadına belə yaraşmayan qeybət və murdarlıqla məşğul olan hər kəsə dərs olsun”.
V.Əlizadə sonda hər zaman peşəkar komandası ilə onun yanında olan gizli qoruyucu mələyimə təşəkkür edib.
Xatırladaq ki, Röya Ayxan, Nura Suri və Kərim Abbasov da instaqramda onların ünvanına təhqirlər və xoşagəlməz sözlər yazan şəxsləri polisə vermişdi.