"Whatsapp"dan yenilik gəlir

İddialara görə, "Whatsapp" saxta xəbərlərə qarşı tədbir almağa başlayıb.

Metbuat.az "TRT.Haber.com.tr"yə istinadən xəbər verir ki, şirkətin yeni funksiya üzərində işlədiyi bildirilib.

"New Indian Express"də yer alan xəbərə görə, "WhatsApp" göndərilən mesajlara bir ibarə qoyaraq xəbərin əldən-ələ yayıldığını bildirmək istəyir.

Bu funksiyanın nə zaman istifadəyə veriləcəyi hələ ki, bəlli deyil.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR