İngiltərə millisinin futbolçusu Harri Keyn DÇ-2018-də Tunislə ilk oyunu buraxa bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun kiçik zədəsi var. Məşqçi qərargahı H.Keynin zədəsinin daha da ağırlaşmaması üçün onu ilk görüşdə oynatmamağı düşünür.

Qeyd edək ki, Tunis - İngiltərə matçı iyunun 18-i keçiriləcək.

Milli.Az