Dünya çempionatının iştirakçıları yoldaşlıq görüşləri keçirməkdə davam edirlər.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mundiala hazırlaşan Belçika ilə Misir sınaq matçında üz-üzə gəlib.
Məhəmməd Salahsız Misir güclü rəqibi önündə Brüsseldə tab gətirə bilməyib. Romelu Lukakunun 27, Eden Azarın 38 və Maruan Fellaininin 90+2-ci dəqiqədə vurduğu qollar sayəsində avropalılar 3:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, Belçika yığması dünya çempionatında İngiltərə, Panama və Tunislə, Misir seçməsi isə Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla eyni qrupda yer alacaq.
Milli.Az