Panama milli komandasının futbolçuları Norveçin paytaxtı Osloda qarət olunublar.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə federasiyanın rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Cinayətkarlar futbolçuların məskunlaşdığı oteldə 3 otağa soxulublar. Hadisə vaxtı komanda üzvləri otaqda olmayıb.

Norveç polisi hadisəni araşdırır.

Qeyd edək ki, Panama yığması dünya çempionatında İngiltərə, Tunis və Belçika komandaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Milli.Az