“Azərbaycana qarşı işləyən qüvvələrin fikri ondan ibarət idi ki, biz bu haqsızlığa kəskin rekasiya verərək Avropa Şurasından üz döndərəcəyik”.
Publika.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində jurnalistllərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hansısa qrupun Azərbaycana qarşı mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyik ki, Azərbaycan Avropa Şurasından imtina edəcək.
“Əksinə, biz nümayəndə heyəti olaraq həm komitələrdə, həm də iclaslarda aktiv fəaliyyət göstərəcəyik. Əminəm ki, bu insanların arzuları ürəklərində qalacaq”, - deyə Səməd Seyidov bildirib.
Gülxar